Sumqayıtda 37 yaşlı kişi dənizdə batıb.
Manset.az xəbər verir ki, hadisə Corat çimərliyində qeydə alınıb. 1984-cü il təvəllüdlü İslamov Zakir Adil oğlu dənizdə batıb. Onun meyiti dənizdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Aparılan araşdırma zamanı Z. Islamovun ötən gün batdığı məlum olub.(apa)