Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1 nəfərin öldüyü bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.