logo
logo logo
logo

Gədəbəydə kişi öldürüldü - Həmkəndlisi saxlanıldı

22:11 - 25 Avqust 2026

Gədəbəydə kişi öldürüldü - Həmkəndlisi saxlanıldı

Gədəbəydə qətl hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 53 yaşlı İ. Hüseynov həmkəndlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Gədəbəy rayon Arıqdam kənd sakini 53 yaşlı İ. Hüseynovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi 51 yaşlı Qalib Məmmədov saxlanılıb.

    Məlumatına görə hər iki şəxs hadisədən əvvəl rayon ərazisində yerləşən şadlıq saraylarının birində toy məclisində iştirak ediblər.

    Toydan çıxandan sonra onların arasında mübahisə yaranıb və mübahisəyə son qoymaq üçün Arıqdam kəndinə gəliblər.

    Bu zaman Q. Məmmədov İ. Hüseynova bıçaqla xəsarət yetirib. İ. Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az