logo
logo logo
logo

Cəlilabadda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

11:30 - 29 Avqust 2026

Cəlilabadda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

Cəlilabadda iki minik avtomobili toqquşub, xəsarət alanlar var.


Manset.az-ın verdiyi xəbərə görə Cəlilabad rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yeni Ələt-Astara magistralında, Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Toqquşmanın təsirindən avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb və kanala düşüb.

Hadisənin baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az