Gəncədə yol qəzası baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü T. Cəfərov, 1995-ci il təvəllüdlü G. Mahmudova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.