logo
logo logo
logo

Azərbaycanda 73 yaşlı gürcüstanlı şəxsin meyiti tapıldı

13:28 - 11 Oktyabr 2026

Azərbaycanda 73 yaşlı gürcüstanlı şəxsin meyiti tapıldı

Qazaxda kişi meyiti tapılıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az