Göygöldə bədbəxt hadisə baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü X. Cəlilov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.