logo
logo logo
logo

66 yaşlı qadını maşın vurub öldürdü

16:54 - 17 Oktyabr 2026

66 yaşlı qadını maşın vurub öldürdü

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Xarici dövlətə məxsus iritonnajlı yük avtomobili Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada - Zaqatalanın Faldarlı kənd sakini, 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.

F.Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də,  həkimlərin səylərinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az