logo
logo logo
logo

Xırdalanda yaşayış kompleksində YANĞIN - FOTOLAR

09:30 - 18 Oktyabr 2026

Xırdalanda yaşayış kompleksində YANĞIN - FOTOLAR

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verib.


Manset.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-in məlumatına görə, Nazirliyin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb.

Xəsarət alan olmayıb.











Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az