logo
logo logo
logo

Lökbatanda obyektdə yanğın oldu - FOTOLAR

12:54 - 18 Oktyabr 2026

Lökbatanda obyektdə yanğın oldu - FOTOLAR

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektdə yanğın baş verib.


Manset.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100kv.m. olan anbarda baş vermiş yanğın genişlənərək bitişik yerləşən digər anbarlara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində anbarın yanar konstruksiyaları 40kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Digər anbarlar yanğından mühafizə olunub.







Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az