Yevlaxda yol nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın məlumatına görə, Aran qəsəbəsi yaxınlığında “VAZ-2106” və “VAZ-2107” markalı iki avtomobil toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.