Oğuzda minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var

13:08 - 13 İyun 2021

Oğuzda minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Mannşet.az report-a istinadən xəbər verir ki, hadisə Qarabulaq-Böyük Söyüdlü avtomobil yolunda qeydə alınıb.

Qarabulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qadir Şirin oğlu Babayevin idarə etdiyi "VAZ-21015" markalı avtomobillə "QAZ-53" markalı yük avtomobili toqquşub. Nəticədə 25 yaşlı Q.Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv