Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manşet.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Hacıyev Rauf Xasay oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bel fəqərisinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.