Sumqayıtda 13 yaşlı oğlan dənizdə batıb.
Manşet.az apa-ya istinadən xəbər verir ki, bədbəxt hadisə Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində qeydə alınıb.Sumqayıt sakini, 2008-ci il təvəllüdlü Kərimov Aqil Eldar oğlu dostları ilə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.