logo
logo logo
logo

“Ayaks”la vidalaşdı - Belçikaya gedir

00:30 - 27 Avqust 2026

“Ayaks”la vidalaşdı - Belçikaya gedir

“Ayaks”ın müdafiəçisi Tristan Qoyyer karyerasını Belçikada davam etdirməyə yaxındır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi “Lommel”ə keçməyə hazırlaşır. Transfer hələ klublar tərəfindən rəsmən açıqlanmasa da, futbolçu sosial şəbəkə hesabında “Ayaks”la vidalaşıb.

“Bu qədər ildən sonra “Ayaks”dakı yolum başa çatır. 11 yaşımda akademiyaya bir arzu ilə gəlmişdim: bir gün əsas komandaya yüksəlmək. Kiçik yaşlarımdan “F-Side” azarkeşi idim. Sonradan isə sevdiyim klubun formasını geyinib meydanda oynamaq mənim üçün bu hekayəni daha da xüsusi etdi. Bu yolda yanımda olan hər kəsə minnətdaram və bu möhtəşəm klubun formasını geyindiyim üçün qürur duyuram. Bəzən insanlara görə məyus ola bilərsən, amma bu, kluba olan sevgini azaltmır. Əbədi "Ayaks"lı".

“De Telegraaf”ın məlumatına görə, “Ayaks” və “Lommel” Qoyyerin transferi üçün təxminən 500 min avro qarşılığında razılığa gəlib.

Qeyd edək ki, Qoyyer “Ayaks”ın əsas komandasında 13, əvəzedici heyətində isə 50 oyuna çıxıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az