“Aston Villa” hücumçu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı forvard “Çelsi”dən Birmingem təmsilçisinə keçib. Daha əvvəl yayılan məlumatlara görə, “Aston Villa” futbolçunun transferi üçün 70 milyon avro ödəməyə hazır idi.
Cekson ötən mövsüm icarə əsasında “Bavariya”da çıxış edib. O, bütün turnirlərdə 34 matçda meydana çıxaraq 11 qol vurub və 4 məhsuldar ötürmə verib.
Seneqallı hücumçu 2023-cü ilin yayından “Çelsi”nin futbolçusu idi. Onun London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədə idi.
Cekson “Çelsi”nin heyətində Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.