Portuqaliya nəhəngi əsas heyət oyunçusunu Səudiyyə Ərəbistanı klubuna buraxmaq fikrindən daşınıb.
Manset.az Fanat.az-a istinadən xəbər verir ki, "Benfika" "Əl İttihad"ın Leandro Barreiro üçün təqdim etdiyi rəsmi transfer təklifini geri çevirib.
Ərəblərin 14 milyon avro nəğd və 2 milyon avro bonuslar şəklindəki təklifi Lissabon təmsilçisi tərəfindən yetərsiz hesab edilib.
Yarımmüdafiəçinin hazırkı komandasında qalaraq mübarizəsini sürdürəcəyi bildirilir.