Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirəcək.
Manset.az musavat.com-a istinadən xəbər verir ki, Rui Jorjenin baş məşqçisi olduğu yığma Moldovanın uyğun yaş qrupundan ibarət seçməsi ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionundakı görüş saat 18:00-da start götürəcək.
Xatırladaq ki, U-20 oktyabrın 6-da eyni məkanda Yaponiya ilə üz-üzə gələcək.