"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.
Manset.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Migel Pereyra məlumat paylaşıb.
Onun sözlərinə görə, təcrübəli futbolçunun düşərgəsi - Jorje Jezus və Portuqaliya Futbol Federasiyası arasında artıq lazımi təmaslar qurulub, tərəflər arasında razılıq əldə olunub.
Qeyd olunur ki, 41 yaşlı hücumçu karyerasındakı 1000-ci qolunu məhz Portuqaliya millisinin heyətində vurmaqda qərarlıdır.