logo
logo logo
logo

4 cüdoçumuz mübarizə aparacaq 

10:00 - 07 Oktyabr 2026

4 cüdoçumuz mübarizə aparacaq 

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək.


Manset.az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. 

Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 finaldan qoşulacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.

Kişilərin -81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 final mərhələsindən başlayacaq və Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.

Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli isə Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.

Dünya çempionatının görüşləri “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az