logo
logo logo
logo

Cəmilə Muradlı Avropa çempionu oldu 

16:33 - 11 Oktyabr 2026

Cəmilə Muradlı Avropa çempionu oldu 

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.


Manset.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 57 kq çəkidə mübarizə aparan milli komandanın üzvü finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən C. Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az