logo
logo logo
logo

"Barselona" Dani Olmonu satmaqdan imtina etdi

17:55 - 12 Oktyabr 2026

\"Barselona\" Dani Olmonu satmaqdan imtina etdi

İspaniyanın "Barselona" klubu Almaniyanın "Bavariya" komandasının maraq göstərdiyi yarımmüdafiəçisi Dani Olmo ilə bağlı qərarını verib.


Manset.az Report-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunu satmaq variantını istisna edib.

Əvvəllər klubun yarımmüdafiəçi üçün 80-90 milyon avroluq təklifləri nəzərdən keçirə biləcəyi barədə xəbərlər yayılmışdı. Lakin D.Olmonu "Barselona"dan almağın yeganə yolu rəsmən 500 milyon avro təşkil edən sərbəstqalma məbləğini ödəməkdir.

Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 9 matçda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az