Almaniyanın "Borussiya Dortmund" klubu baş məşqçi Niko Kovaçla müqavilənin müddətini 2029-cu il iyunun 30-dək uzadıb.
Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssis 2025-ci ilin yanvarından Dortmund təmsilçisinə rəhbərlik edir. O, karyerası ərzində Xorvatiya millisi ilə yanaşı, "Ayntraxt", "Bavariya", "Monako" və "Volfsburq" klublarında da çalışıb.
"Borussiya Dortmund" hazırda Bundesliqada 13 xalla ikinci pillədə qərarlaşıb. Komanda növbəti oyununu oktyabrın 17-də səfərdə Berlin "Union"una qarşı keçirəcək.
Xatırladaq ki, "Sabah" – "Borussiya Dortmund" qarşılaşması 20 oktyabr 2026-cı il tarixində, Bakı vaxtı ilə saat 20:45-də Bakı Olimpiya Stadionu başlayacaq.