UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Sabah" - "Slaviya" (Çexiya) oyununun ən yaxşı futbolçusu bəlli olub.
Manset.az Report-a istinadən xəbər verir ki, bu ada Azərbaycan təmsilçisinin hücumçusu Coy-Lens Mikels layiq görülüb.
Hücumçu sözügedən matçda komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, "Sabah" rəqibini 2:0 hesabı ilə üstələyib.