logo
logo logo
logo

Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı 

23:55 - 16 Oktyabr 2026

Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı 

Atletimiz Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.


Manset.az xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin də zaldan izlədiyi yarışda atletimiz 3 bürünc medal qazanıb.

75 kq çəki dərəcəsində yarışan Qasım, birdən qaldırma hərəkətində 139 kq çəkinin öhdəsindən gələrək üçüncü olub.

Təmsilçimiz təkanla qaldırma növündə də bürünc medala yiyələnib. O, bu dəfə 175 kq nəticə göstərib.

Beləliklə 2 hərəkətin cəmində 314 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin bürünc medalına yiyələnib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az