logo
logo logo
logo

"Sabah"ın oyununa gedənlərin NƏZƏRİNƏ - Pulsuz avtobuslar işləyəcək

22:05 - 19 Oktyabr 2026

\"Sabah\"ın oyununa gedənlərin NƏZƏRİNƏ - Pulsuz avtobuslar işləyəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.


Manset.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, avtobuslar saat 17:00-dan etibarən aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:

"Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi – Bakı Olimpiya Stadionu

"Qara Qarayev" metrostansiyası – Bakı Olimpiya Stadionu

Eyni zamanda oyun bitdikdən sonra Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az