logo
logo logo
logo

“Borussiya” Bakıya gələrkən çətinliklə üzləşdi 

12:29 - 20 Oktyabr 2026

“Borussiya” Bakıya gələrkən çətinliklə üzləşdi 

Çempionlar Liqasının Liqa mərhələsinin  3-cü turunda “Sabah”la matç üçün Bakıya gələn Dortmund “Borussiya”sı çətinliklə üzləşib.


Manset.az xəbər verir ki, klub Azərbaycana gətirəcəyi baqajları əlavə reyslə yollayıb. 

Səfər günü səhər məlum olub ki, əvvəlcədən planlaşdırılan bütün baqajla birlikdə futbolçuları gətirəcək təyyarənin çəkisi normadan artıq olacaq.

Buna görə Dortmund klubu son anda planını dəyişməli və baqajın bir hissəsini sponsorların və jurnalistlərin də olduğu daha erkən reysə göndərməli olub. Əks halda komanda yanacaq doldurmaq üçün yolun yarısında eniş etməli olacaqdı. 

Almaniya mətbuatı buna görə klubun idarəçilərini tənqid edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az