logo
logo logo
logo

“Qalatasaray” – “Fənərbağça” derbisinin hakimi məlum oldu

16:54 - 22 Oktyabr 2026

“Qalatasaray” – “Fənərbağça” derbisinin hakimi məlum oldu

Türkiyə Super Liqasının 9-cu turunda oktyabrın 26-da, bazar ertəsi keçiriləcək “Qalatasaray” – “Fənərbağça” derbisinin hakimi bəlli olub.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin (MHK) yaydığı məlumata görə, “Qalatasaray”ın doğma meydanda “Fənərbağça”nı qəbul edəcəyi qarşılaşmada fit Atilla Karaoğlanın olacaq.

Karaoğlan indiyədək “Qalatasaray”ın 23 oyununda baş hakim kimi fəaliyyət göstərib. Bu görüşlərdə İstanbul təmsilçisi 16 qələbə qazanıb, 2 heç-heçə edib və 5 dəfə məğlub olub.

Həmin qarşılaşmalarda hakim “Qalatasaray” futbolçularına 69 sarı və 1 qırmızı vərəqə göstərib, komandanın lehinə 7 dəfə penalti təyin edib. Rəqib futbolçular isə 74 sarı və 2 qırmızı vərəqə ilə cəzalandırılıb, onların lehinə 6 dəfə penalti qərarı verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az