Azərbaycan Televiziyasının (AzTV) “Qızıl Fond”u “Dədə Qorqud” filmindən kadrarxası görüntülər yayıb.
Manset.az xəbər verir ki, 1975-ci ildə lentə alınan “Dədə Qorqud” filminin çəkilişinin ilk günündə operator Rasim İsmayılov, rejissor Tofiq Tağızadə, məşhur aktyorlar Rasim Balayev və Givi Toxadze, ssenari müəllifi Anarın iştirakı ilə olan hissə təqdim olunub.