Təqdimatda yenilənmiş "2024 Zeekr 001"

16:07 - 01 Mart 2024

Təqdimatda yenilənmiş \"2024 Zeekr 001\"
Sizlərə elektrik avtomobil həvəskarlarının sevimlisi yenilənmiş 2024 Zeekr 001-i təqdim edirik. Uzaq Çində çox böyük qurula yenilənmiş liftbek olan 2024-cü il Zeekr 001-in təqdimatı keçirildi. 5 qapılı SEA platformasnda yaradılan  premium brend  Zeekr-in ilk təqdimatı 2021-ci ildə Lynk & Co ( Geely və Volvo şirkətinin birgə proekti) kimi təqdim olunmuşdur. . Çox qısa zaman ərzində dünyada sevilən bu brend elektrik avtomobilləri həvəskarlarının ürəyini fəth etmişdir. Yerli medianın verdiyi məlumatlara görə 2023-cü il daxili bazar üçün - 76 200 ədəd satılmaqla Zeekr 001 məhşur Alman brendi olan Mercedes-Benz EQE-ni ( 9123 ədəd ) geridə qoymuşdur.

İlk baxışda yenilənmiş bu modelin exteriyerində çox az sayda dəyişiklik gözə çarpsada 4 mühərrikli Zeekr 001 FR modelinə daha yaxın bir üslubda dizaynı göz oxşayır. Avtomobilin uzunluğu 7  mm  4977 mm olmaq şərtilə yeni yüngül lehimli 19 və 22 ölçülərində disklər və rəng palitrası seçimi ilə qarşınızdadır.

 

Avtomobilin salonunda bizi yeni rul qarşılayır ənənəvi düyməli şüşəqaldıranlar yenisi ilə əvəz olunub. Snapdragon 8295 processorlu multimedia sistemi yeni 5D film izləmə özəlliyini oturacaqların film zamanı hissiyatlı şəkildə vibrasiya etməsi reallığa doğru bir yenilikçi addım kimi qiymətləndirilir. Multimediada daha bir yenilik 35,5 düyümlü yeni ağıllı və realistik köməkçinin olmasıdır. Bu ağıllı köməkçi sürücünün tək səsinə deyil baxışlarına bela reaksiya verə bilir. Baza olaraq Zeekr 001 bütün müasir  təhlükəsizlik sistemləri ilə yanaşı  800 - voltluk elektrik sistem və lidarlarla əhatə olunmuşdur.

Əvvəlki modeldə olduğu kimi Zeekr 001  daha güclü elektrik arxa və 4 çəkər mühərriklə təchiz olunmuşdur. Əvvəlki modeldən fərqli olaraq tək mühərrikli  avtomobillər -  421 at gücü 440 Nm ( əvvəl 272 at gücü 343 Nm) iki mühərriklilər isə - 789 at gücü və 810 Nm ( əvvəl  544 at gücü və 686 Nm ) hasil edir. Yenilənmiş model üçün iki seçimdə batereya təqdim olunur 95 və 100 kVt s. Yürüş məsafəsi modifikasiyadan asılı olaraq 675 və 750 km təşkil edir.

Modelin qiyməti Çin bazarı üçün 269 000 -329 000 çin yuanı ( 64 000 – 78 000 manat)  dəyərindədir.

Sorgu.tv


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az