Yasamalda 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

09:40 - 06 Mart 2024

Yasamalda 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı və “M.Xiyabani küç.25” ünvanı üzrə (39 saylı şəhər poliklinikası) ərazi partiya təşkilatı ilə birgə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, 39 saylı şəhər poliklinikasının baş həkimi, “M.Xiyabani küç.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Ləman Hacıyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə Partiyanın üzvləri iştirak edib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

39 saylı şəhər poliklinikasının baş həkimi, “M.Xiyabani küç.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Ləman Hacıyeva tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir. Çıxışının sonunda Ləman Hacıyeva qarşıdan gələn 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik etdi.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir. 8 Mart-Beynəlxalq Qadınlar Günü həm də torpaqlarımızın işğaldan azad edilməsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Artıq Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 ilə yaxın düşmən işğalına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərlə ölkəmiz və xalqımızın başını uca etdi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik etdi.

Çıxış edənlər-Baxış Baxşiyev, Elmar Hətəmov, Atatürk Tağıyev və Mahir Məmmədli qadının ailədə, cəmiyyətdə yüksək səviyyəli mövqeyindən bəhs edərək qarşıdan gələn 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik etdilər.

Sonra Partiyanın ictimai-siyasi həyatında akiv fəaliyyətə görə bir qrup üzvə fəxri fərmanlar

və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə bədii hissə ilə yekun vurulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az