Azərbaycanda AĞIR QƏZA - Ölən var

09:39 - 11 Mart 2024

Azərbaycanda AĞIR QƏZA - Ölən var

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, martın 11-də saat 01 radələrində Ağdaş şəhəri ərazisində VAZ-2104 markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Ceyhun Vəli oğlu Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az