Muxtar Babayev COP29-un əsas məqsədlərini açıqladı

17:08 - 12 Mart 2024

Muxtar Babayev COP29-un əsas məqsədlərini açıqladı

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə mümkün qədər çox özəl sektoru cəlb etməkdir.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, özəl sektor yeni təşəbbüs, format, maliyyələşdirmə mexanizmləri üçün çox yaxşı mənbədir.

M.Babayev COP çərçivəsində danışıqlarda 1,5°C hədəfinə nail olunmasının diqqət mərkəzində saxlanılmalı olduğunu da vurğulayıb:

1,5°C hədəfinə nail olmaq üçün səylərimizi birləşdirməliyik. Bu məsələyə dair bədbin deyiləm. Biz qlobal səviyyədə emissiyaların azaldılması proqramın məqsədinə və həyata keçirilməsinə doğru irəliləməliyik. Əgər biz hərəkətə başlasaq, əvvəlki COP-larda əldə olunmuş razılaşmaları həyata keçirməyə başlasaq, bizim şansımız var. Biz mümkün olan hər şeyi edəcəyik”.

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az