Kamran Əliyev Qazaxstanın Baş prokurorunu Azərbaycana dəvət etdi - FOTO

15:21 - 03 Aprel 2024

Kamran Əliyev Qazaxstanın Baş prokurorunu Azərbaycana dəvət etdi - FOTO

Baş prokuror Kamran Əliyev qazaxıstanlı həmkarı Berik Asılovu Azərbaycana səfərə dəvət edib.

 

Manset.az report-a istinadən xəbər verir ki, K.Əliyev dəvət təklifini Azərbaycanda səfərdə olan Qazaxıstan Baş prokurorunun müavini Jandos Umiraliyevlə ikitərəfli görüşdə edib.

Belə ki, Kamran Əliyev bu ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçirələciyini və bununla bağlı qazaxıstanlı həmkarına dəvət məktubu ünvanladığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az