"Mən YAP-dakı vəzifəmdən getmək istəyirəm, amma YAP qoymur" - Tağı Əhmədov

10:36 - 24 İyun 2021

\"Mən YAP-dakı vəzifəmdən getmək istəyirəm, amma YAP qoymur\" - Tağı Əhmədov

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Bakı şəhəri üzrə rayon təşkilatlarının hesabat yığıncağına videoformatda start verilib.

Manset.az xəbər verir ki, növbəti iclas bu gün YAP Yasamal rayon təşkilatında baş tutacaq.

Belə ki, YAP Yasamal rayon təşkilatının hesabat konfransında 73 yaşlı  Tağı Əhmədovun  sədr vəzifəsindən gedəcəyi gözlənilir.

Məsələ ilə bağlı Tağı Əhmədov Unikal.org-a açıqlama verib: "Bu gün YAP-ın hesabat konfransı olacaq. Mən YAP-dakı vəzifəmdən getmək istəyirəm. Amma YAP qoymur. Əslində, YAP-dan gedənlərin ikinci vəzifəsi var deyə, sədr vəzifəsindən kənarlaşdırılırlar". 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az