ADNSU-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri ilə görüş keçirildi - FOTOLAR

15:59 - 11 Mart 2024

ADNSU-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri ilə görüş keçirildi - FOTOLAR

Martın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld, “British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və Korporativ layihələr üzrə kordinator Sevinc Ağazadə ilə görüş keçirilib. 

 

Manset.az xəbər verir ki, rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları universitetdə salamladıqdan sonra ADNSU-da tədris və təhsildə olan yeniliklər haqqında səfirə məlumat verib. “Yaşıl universitet” konseptinin tətbiqi, layihə çərçivəsində görüləcək işlər və gələcək perspektiblərlə bağlı universitetin qarşısında duran müvafiq vəzifələr və öhdəliklərdən danışan dosent Vazeh Əskərov COP29 və Vorvik Universiteti ilə birgə görülə biləcək layihələrin əhəmiyyətini qeyd edib. 

Səfir Fergus Auld və “British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva ADNSU-da olmaqdan məmnunluqlarını bildiriblər, transmilli tərəfdaşlıqda və birgə əməkdaşlıqda yaşıl enerji və ikli diplom proqramları ilə bağlı qarşıda duran məsələlərin vacibliyini qeyd edərək bu istiqamətdə görüləcək işlərdən danışıblar.

Müvafiq layihələr və yeniliklərin müzakirə olunduğu görüşdə əsas hədəflər və tərəfdaşlıq məsələləri müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az