Son illər autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayı artmaqda davam edir. Bu artım isə təkcə ailələr deyil, eyni zamanda sahədə çalışan mütəxəssislər üçün də yeni bilik və bacarıqların əldə olunmasını zəruri edir. Məhz bu ehtiyacı qarşılamaq məqsədilə yaxın günlərdə autizm sahəsində ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə ikigünlük təlim proqramı keçiriləcək.
Təlim çərçivəsində iştirakçılar aşağıdakı əsas mövzular üzrə nəzəri və praktik biliklər əldə edəcəklər:
-
Autizm spektr pozuntusunda duyu bütünləmə metodlarının tətbiqi
-
Nitq və kommunikasiya problemlərinə innovativ yanaşmalar
-
Sensor inteqrasiya və praktik terapiya metodları
-
Valideyn-mütəxəssis əməkdaşlığında müdaxilə yolları
-
Real iş nümunələri və interaktiv çalışmalar
Təlimin əsas məqsədi autizm spektr pozuntusu olan uşaqlarla çalışan mütəxəssislərin biliklərini təkmilləşdirmək, eyni zamanda valideynlərə də düzgün yanaşma üsullarını aşılamaqdır.
Təlimin spikerləri sırasında bu sahədə peşəkar və geniş təcrübəyə malik mütəxəssislər yer alır:
-
Nadir Əlirzalü – Erqoterapevt
-
Esmira Qafarova – Defektoloq və loqoped
-
Babək Kaşefimehr – Beynəlxalq təcrübəli duyu bütünləmə üzrə mütəxəssis
Təlim proqramı loqopedlər, psixoloqlar, xüsusi pedaqoqlar, terapevtlər və valideynlər üçün nəzərdə tutulub. Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Qeydiyyat artıq başlayıb və yerlər məhduddur. Əlavə məlumat və iştirak üçün əlaqə nömrəsi:
📞 050 453 21 26