İnnovasiya və sürət lideri "Bakcell" media
nümayəndələrinə “Süni intellektin iş mühitində tətbiqi" mövzusunda növbəti təlim
təşkil edib. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü çərçivəsində
keçirilən tədbirdə 50-dən çox
media nümayəndəsi iştirak edib.
Təlimin əsas məqsədi
jurnalistləri süni intellekt sahəsində ən son trendlər ilə tanış etmək, dəyişən
dünyada innovasiya və son dövr yeniliklərin mediada tətbiqi ilə bağlı praktik
tövsiyələr vermək olub. Təlim zamanı süni intellektin telekommunikasiyada rolu
və “Bakcell”in süni intellekt əsaslı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumat
verilib. Tədbir çərçivəsində iştirakçılar süni intellektin kommunikasiya sahəsində istifadəsinə dair əhatəli
biliklər qazanıblar.
Bu təşəbbüs “Bakcell”in innovasiya və süni intellekt strategiyası çərçivəsində
rəqəmsal həllərin cəmiyyət üçün faydaya çevrilməsi istiqamətində atdığı ardıcıl
və məqsədyönlü addımların növbəti nümunəsidir.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.