İlham Əliyevə təbrik məktubları gəlir

14:49 - 20 May 2025

İlham Əliyevə təbrik məktubları gəlir

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib.


Manset.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan xalqına milli bayramınız münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq.

Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər.

Həyat yoldaşım və mən bayram münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı yetirməkdən böyük məmnunluq duyuruq".


***

İsveçin Kralı XVI Karl Qustavdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.


Manset.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".


***

Avstriya Prezidenti Aleksander Van der Bellen və Çexiyanın Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndəriblər.

 Avstriya prezidentinin təbrikində deyilir: 

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu yaxınlarda Azərbaycanın və Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlmələri ümid mənbəyidir və biz perspektiv vəd edən bu inkişafı alqışlayırıq. Biz yalnız Ermənistanla müqavilənin mümkün qədər tez imzalanmasını təşviq edə və bununla da hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı üçün bu münaqişəni qəti şəkildə başa çatdıra bilərik.

Fürsətdən istifadə edərək, Sizin və ailənizin rifahı, eləcə də Azərbaycan xalqının əmin-amanlığı və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram".


***

Çexiya Prezidenti Petr Pavel isə təbrikində deyib: 

"İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlərin səviyyəsini, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində ortaq maraqlarımızı yüksək qiymətləndirir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".


***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir: 

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv