Kapital
Bank kommersiya bankçılığı sahəsindəki uğurları və innovativ yanaşması ilə daha
bir beynəlxalq mükafata layiq görülüb. Bank, nüfuzlu “International Investor”
jurnalı tərəfindən “Ən yaxşı kommersiya bankı 2025” (“Best Commercial Bank
Azerbaijan 2025”) nominasiyası üzrə qalib elan edilib. Bu mükafat Kapital
Bank-ın kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək performansın, müştəri
yönümlü yanaşmanın və dayanıqlı böyümənin beynəlxalq səviyyədə növbəti təsdiqidir.
Böyük
Britaniyada nəşr olunan “International Investor” jurnalı maliyyə sektorunda
innovasiya, liderlik və qabaqcıl təcrübələri ilə seçilən qurumları təqdim edən
qlobal platformadır. Kapital Bank-ın bu mükafata layiq görülməsi onun
kommersiya bankçılığı sahəsindəki strateji inkişafını və müştəri portfelinə dəyər
qatan məhsul və xidmətlərini beynəlxalq səviyyədə tanıdır.
Hazırda
Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Bankın kommersiya
bankçılığı üzrə portfeli sürətlə böyüməkdədir. 46 460 hüquqi şəxs və 221 538 fərdi
sahibkar Kapital Bank-ın çevik və rəqəmsal həllərindən aktiv şəkildə
faydalanır. 3 milyondan çox aktiv Birbank mobil tətbiqi istifadəçisi ilə
Kapital Bank müştərilərinə yaratdığı rəqəmsal həllərlə də ön sıradadır və
bazarda lider mövqeyini qoruyur.
Kommersiya
müştərilərinə təqdim olunan fərdi yanaşma, məhsul dizaynında çeviklik və risklərin
effektiv idarə olunması Kapital Bank-ın bu sahədə üstünlüyünü müəyyənləşdirən əsas
faktorlardır. Bank kiçik və orta bizneslər üçün əlçatan maliyyə həllərindən
tutmuş, iri korporasiyalar üçün optimallaşdırılmış xidmət modellərinədək geniş
spektrdə xidmətlər təklif edir.
Bununla
yanaşı, Kapital Bank yalnız maliyyə göstəriciləri ilə deyil, sosial məsuliyyət
sahəsindəki təşəbbüsləri ilə də fərqlənir. Xüsusilə təhsilin inkişafına yönələn
layihələr, tələbələr üçün yaradılan fürsətlər və cəmiyyətin rifahına töhfə verən
sosial proqramlar Kapital Bank-ın dəyərlərinin ayrılmaz hissəsidir.
Qeyd
edək ki, cari ildə Kapital Bank “International Investor” tərəfindən “Best
Private Banking Azerbaijan” mükafatına da layiq görülüb. Bu iki nüfuzlu beynəlxalq
tanınma bankın həm kütləvi, həm də fərdi müştərilər üzrə yüksək xidmət
standartlarını və geniş strateji baxışını bir daha təsdiqləyir.
Ölkənin
birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.