Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar
ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim
edilib.
Manset.az xəbər verir ki, ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Adlı təqaüd” tədbiri Bakı
Ali Neft Məktəbində (BANM) keçirilib.
Əvvəlcə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin
ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbirdə çıxış edən
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətindən
danışıb, gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının
reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən
işləri vurğulayıb. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafındakı
xidmətlərindən bəhs edən Konfederasiya sədri Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər
sahələrdə həyata keçirilən mühüm layihələri diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan
həmkarlar ittifaqları da dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların
sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və
potensialının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr
həyata keçirir. Belə layihələrdən biri olan “Adlı təqaüd” tələbə gənclərin elmə
və təhsilə marağının artmasına, onların fərdi və peşəkar inkişafına əhəmiyyətli
töhfə verir.
Elm və təhsil
nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlar, ölkəmizdə
təhsilə göstərilən diqqət və qayğıdan, gənclərin yüksək səviyyədə təhsil
almaları üçün yaradılan əlverişli şəraitdən
bəhs edib, “Adlı təqaüd” layihəsinin önəmini vurğulayıb.
Milli Məclisin Elm və
təhsil komitəsinin sədri Anar İsgəndərov, Bakı Ali Neft Məktəbinin rektoru
Elmar Qasımov Azərbaycan gəncliyinin elmə marağının artması istiqamətində görülən
işlər, gənclərimizin elmi nailiyyətlərindən danışıb, Bakı Ali Neft Məktəbi tələbələrinin
uğurlarını, Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif sahələr üzrə gələcəyin
peşəkar mütəxəssislərinin yetişdiyini vurğulayıblar.
Qeyd edək ki, təqaüd
ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və
yaxşı qiymətlərlə oxuyan, tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən
tələbələrə verilir.
ATİAHİ RK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir. Əvvəlki illərdə hər semestr üzrə 65 tələbəyə, 2024-2025-ci tədris ilinin birinci semestrinin yekunlarına görə 100, ikinci semestrinin nəticələrinə əsasən isə 308 tələbəyə “Adlı təqaüd” verilib. İndiyədək 3179 tələbə bu təqaüdə la