Naxçıvanda dializ xəstələri üçün dərmanlar təhvil verildi

22:24 - 20 May 2025

Naxçıvanda dializ xəstələri üçün dərmanlar təhvil verildi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xroniki böyrək çatışmazlığı olan və hemodializ müalicəsinə ehtiyacı olan vətəndaşların dərman təminatının davamlılığı daim diqqətdə saxlanılır.

Nazirlikdən Manset.az-a məlumata görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində dializ xəstələrinin müalicəsində istifadə olunan dərman preparatları bu gün təhvil alınaraq müvafiq səhiyyə müəssisələrinə paylanmağa başlanılıb.

Təmin olunan dərman preparatları ehtiyac olan bölmələrə yönləndiriləcək və müalicə prosesinin fasiləsiz davam etməsinə şərait yaradacaq.

Qeyd edək ki, hazırda hemodializ müalicəsi muxtar respublikanın müxtəlif səhiyyə müəssisələrində həyata keçirilir. Bu xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış yeni Hemodializ Mərkəzində zəruri texniki avadanlıqlar – dializ aparatları, su təmizləmə sistemləri və digər müasir tibbi infrastruktur tam şəkildə təmin edilib və yaxın zamanda fəaliyyətə başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv