Füzuli və Beyləqan rayonlarında fəaliyyət göstərən tanınmış iş adamı Süleyman İsmayılov dünyasını dəyişib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sahibkar xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, S. İsmayılov Füzulidə və ətraf rayonlarda çoxsaylı fermer təsərrüfatlarına, un dəyirmanına, çörəkbişirmə zavodlarına sahib olub.
Onun oğlu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin sabiq rəisi Anar İsmayılov 2013-cü ildə yarım milyonluq korrupsiya ittihamı ilə işdən çıxarılaraq həbs edilmişdi.