Ölkənin
birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən
forum, karyera sərgisi və təlimlərdə təmsil olunub.
Tədbirlər
çərçivəsində baş tutan “Universitet-sənaye əlaqələri” forumunda Kapital Bank-ın
Gəncə filialının müdiri Vüqar Paşayev spiker qismində çıxış edib. Vüqar Paşayev
Forum iştirakçıları ilə öz karyera yolu, bank sektorunda karyera imkanları, gənclərin
bu sahədə inkişafı üçün vacib bacarıqlar və şəxsi keyfiyyətlər barədə fikirlərini
bölüşüb, tələbələrin suallarını cavablandırıb. Panel müzakirəsi formatında
keçirilən forumun məqsədi universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələri
iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış
etmək və karyera istiqamətində dəstək göstərmək olub.
Bununla
yanaşı, Kapital Bank ali təhsil müəssisəsində keçirilən Karyera sərgisində də təmsil
olunub. Sərgi zamanı bankın stendinə yaxınlaşan tələbələrə bankda mövcud
vakansiyalar, təcrübə proqramları və gənclərə yönəlik karyera imkanları barədə ətraflı
məlumat verilib.
Tədbirlərin
davamı olaraq keçirilən Karyera təlimlərində isə Kapital Bank-ın İstedadların cəlbi
və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova “Karyera inkişafı və şəxsi brendin
yaradılması” mövzusu ilə çıxış edib. Dördüncü kurs tələbələri düzgün karyera
seçimi, müsahibəyə hazırlıq və müsahibə mərhələsində uğur qazanmaq mövzularında
praktiki tövsiyələr alıblar.
Ölkənin
birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün— https://kbl.az/prgtk, Birbank
kartı sifarişi üçün — https://kbl.az/prcrc.