Jurnalist Dövlət Agentliyində vəzifəyə təyin olundu

11:03 - 22 May 2025

Jurnalist Dövlət Agentliyində vəzifəyə təyin olundu

Jurnalist Natiq Pənahlı Dövlət Məşğulluq Agentliyində vəzifəyə təyin olunub.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, o, Agentliyin Kommunikasiya departamentində müdir müavini olaraq fəaliyyət göstərəcək.

“Dövlətin məşğulluq siyasətinin icrasının uğurlu kommunikasiyasının aparılması istiqamətində görülən işlərə dəstək verəcəyəm”, - deyə o, yeni vəzifəsi barədə bildirib.

Natiq Pənahlı daha əvvəllər “Zaman-Azərbaycan” qəzetində müxbir, Xəzər TV-də Xəbərlər Departamentinin baş redaktoru,  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi, COP29 Azerbaijan-da kontent koordinatoru vəzifələrində çalışıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv