Sabah bu rayonların qazı kəsiləcək

17:56 - 22 May 2025

Sabah bu rayonların qazı kəsiləcək

Sabah saat 10:00-dan etibarən Qəbələ rayonunun bir neçə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsi rayonun B.Əmili kəndində d-159 mm-lik orta təzyiqli yerüstü qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar təmir işləri aparacaq.

Təmir işləri başa çatanadək Böyük Əmili, Kiçik Əmili, Zalam, Mamaylı, Ovculu, Bayramkoxa, Hacallı, Şamılı, Çuxur Qəbələ, Dizaxlı, Çarxana, Şəfili, Qaradeyin, Kürd, Savalan və Soltannuxa kəndlərində ümumilikdə 2 919 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan dərhal sonra bərpa ediləcək.

Sabah saat 15:00-dan etibarən isə Neftçala rayonunun Xolqarabucaq kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

Bildirilib ki, kənddə vətəndaşın müraciətinə əsasən d-108 mm-lik yerüstü qaz kəməri üzərində darvaza keçidinin quraşdırılması ilə əlaqədar işlər başa çatana qədər yaşayış məntəqəsində (448 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv