Kürə atılan Nuranənin anası: "Qızım yuxuma girdi"

09:17 - 23 May 2025

 Kürə atılan Nuranənin anası: \"Qızım yuxuma girdi\"

Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri Seyidrəsul Talıbov tərəfindən qətlə yetirilərək Kür çayına atılan Nuranə Ələkbərovanın ölümü ilə bağlı yeni detallar üzə çıxıb.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun atası İlkin Ələkbərov bildirib ki, Seyidrəsul Talıbovun pis vərdişləri olub:

"Oğlan nəşə çəkirdi. Bunu öyrənəndən sonra - təxminən üç ay əvvəl qızımı evimizə gətirmişdim. Narkomanın nə əqidəsi var, nə Allahı, heç nəyi yoxdur. Narkoman arvadını da, qızını da satar. Oğlana dedim ki, uzaqlaş, bura gəlib-getmə. Valideynlərin gəlib söz verəndən sonra qızımı özüm aparacağam. Ancaq gəlib uşağı yoldan çıxardı. Qızım anasının sözünə baxmayıb, "gedirəm" deyib".

"Rəsul mənə zəng edib dedi ki, Nardaranda ev tutmuşam, Nuranə də yanımdadır. Nə vaxt istəsən, səninlə danışacaq. Balamın səsini sonuncu dəfə onda eşitdim. Bir gün gözlədim. Gecə Nuranəni yuxuda gördüm. Hamıya dedim ki, balama nəsə olub, çünki heç bir yerdən mənimlə əlaqə saxlamır", - mərhumun anası söyləyib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv