Xalq artisti Emin Ağalarov instaqram hesabında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı ad günü münasibətilə təbrik edib.
Manset.az xəbər verir ki, təbrik videosunda oğulları Əli və Mikayıl da yer alıb.
“Əziz Leyla, ad günün mübarək! Sənə ən inanılmaz şeyləri arzu edirəm. Həmişəki kimi parlaq insan və uşaqlarımızın gözəl anası olaraq qal. Dəstəyin üçün təşəkkür edirəm, biz həmişə yanındayıq”, - E. Ağalarov paylaşımında yazıb.