Eldar Salahova yüksək vəzifə verildi - FOTO

10:15 - 07 İyul 2025

Eldar Salahova yüksək vəzifə verildi - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə yeni baş direktor təyin edilib.


Manset.az ADY-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Eldar Salahov gətirilib. 

E. Salahov Peşə Təhsili üzrə Dövlət Agentliyində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri vəzifələrində çalışıb. O, ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.

Qeyd edək ki, Prezidentin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az