Motosiklet, moped, skuter və velosiped sürücüləri maarifləndirilir - VİDEO

18:45 - 09 İyul 2025

Motosiklet, moped, skuter və velosiped sürücüləri maarifləndirilir - VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə polis əməkdaşları nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.


DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən, qırmızı işıqda keçən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.

Polis motosiklet, moped, skuter və velosiped sürücülərinə müraciət edərək diqqətə çatdırır ki, təhlükəsizlik şəxsi seçim deyil, ictimai məsuliyyətdir, hər kəs qaydalara əməl etməlidir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az